Tramp Türkiyəni HƏDƏLƏDİ: "İqtisadiyyatını məhv edəcəm"

ABŞ Prezidenti Donald Tramp Türkiyəni iqtisadi cəhətdən çökdürəcəyini bəyan edib.
"Sherg.az" Fransanın "www.lexpress.fr" saytına istinadən xəbər verir ki, bu barədə D.Tramp öz "Twitter" hesabında yazıb. ABŞ prezidenti qeyd edib ki, Amerika qoşunları Suriyadan çıxandan sonra, Ankara Suriyada kürdlərə hücum edərsə, onda Vaşinqton Türkiyənin iqtisadiyyatını məhv edəcək.
Bundan başqa D.Tramp dəqiq ərazi və maliyyə mənbəyi göstərmədən yazır ki, Türkiyə ilə Suriyanın 30 kilometrliyində "təhlükəsizlik zonası"nın yaradılsın.
Həmçinin ikinci "tweet"ində D.Tramp kürdləri Türkiyəni təhrik etməyərək "Daesh" qrupuna qarşı bu "sonsuz müharibə"yə son qoymağa səsləyib.
Qeyd edək ki, D.Trampın bu bəyanatından sonra kürdlərin Suriyadan çıxması məsələsi ilə bağlı ABŞ-la Türkiyə arasındakı gərginlik daha da artıb.
Tərcümə etdi: Ayyət Əhməd