Trampdan Orta Şərq barış planı hazırlığı

ABŞ lideri, Fələstin - İsrail məsələsinin həlli üçün əhatəli bir plan hazırlığında olduqlarını açıqlayıb. Planın arxasında ABŞ səfirliyini Qüdsə daşıyan Trampın kürəkəni Kuşner var. Dörd ərəb dövləti planı dəstəkləyir, Fələstin rəhbərliyinin reaksiyası isə sərtdir.
Amerika Birləşmiş Ştatları (ABŞ) lideri Donald Tramp İordaniya Kralı İkinci Abdullahla bir araya gəldiyi Ağ Evdə, İsrail-Fələstin məsələsini həllə qovuşdurmaq üçün üzərində çalışdıqları planda böyük irəliləyiş olduğunu söylədi, ancaq planı nə vaxt açıqlayacaqlarına dair bir tarix verməkdən yayındı.