“Transfer üçün 100 milyon xərcləməyə gücümüz var”

"Bavarya” Maliyyə İşlər Başçısı Jan-Christian Dreesen, lazım olsa bir oyunçu üçün 100 milyon avro transfer ödənişi ödəyə biləcəklərini söylədi.
Dreesen, idman jurnalına verdiyi açıqlamada Almaniyadakı ən yüksək transfer ödənişini ödəyə biləcəklərini söyləyərkən, "Bəli, transfer üçün 100 milyon xərcləməyə gücümüz var. Heç bir zaman bu qədər ödəniş demək istəmirəm, çünki irəlidə öz dediklərimi özüm düzəltmək istəmirəm” dedi.
Almaniyada Bundesliqada rəqabət gücünün təhlükədə olduğunu vurğulayan 47 yaşındakı başçı, "Dünya çempionu olan yüksək futbol cazibəsinə sahib bu ölkənin, Avropanın ən irəli beş ölkəsindən ən pis tv-hovuz sistemi olan ölkə olması normal deyil. Belə olsa, beynəlxalq rəqabətdə söz sahibi ola bilməyəcəyik” dedi.
Dreesen, "Biz hər şeyə baxmayaraq istədiyimiz hər futbolçunu aldıq. Pep Qvardiolanın bütün futbolçu transfer istəklərini yerinə yetirdik. Burada texniki direktorun komandaya hansı futbolçunun uyğun gələcəyi mövzusundakı məlumatları çox əhəmiyyətlidir” dedi.
Dreesen, Tonu Kroosun "Real Madrid”ə satılması mövzusunda isə, "Razılaşmağı uzada bilərdik, amma bir yerdə sərhədləri qoymaq lazım idi” dedi. Dreesen, Kroosun satışı mövzusunda Pep Qvardiola ilə məsləhətləşərək qərar verdiklərini söylədi.