Türk təyyarələri Bakı səmasında möhtəşəm ŞOU göstərəcək





Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar bayram tədbirlərində "Solo Türk” və "Türk ulduzları” qrupuna daxil olan təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçiriləcək. Müdafiə Nazirliyi xəbər verir ki, avia-şounu iyunun 26-da, hərbi paraddan sonra saat 12.30-da Dənizkənarı Milli Park ərazisindən izləmək mümkün olacaq.