Türkiyə 3 istiqamətdə bombardmana başladı




Türkiyəyə məxsus hərbi təyyarələr Suriyanın Tel Rıfat şəhərindəki terrorçu hədəflərini bombardman edib.

Axar.az xəbər verir ki, türk pilotları həmçinin Minniq hərbi bazasının yaxınlığında və Deyr Camalda mövqe tutan terrorçulara da sarsıdıcı zərbələr endirib.

Hazırda Afrinin şərqində əməliyyatların geniş vüsət aldığı bildirilir.