Türkiyə Azərbaycana viza rejimi tətbiq etməyəcək
21:58 08.01.2016
Arxiv
811
Amma Qabil Hüseynli deyir ki, söz- söhbətin yayılması təsadüfi deyil
Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyənin Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.
Səfirliyin mətbuat xidməti tərəfindən yayılan bəyanatda deyilib ki, Türkiyənin Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq edəcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Belə ki, iki ölkə arasında hazırda mövcud olan gediş-gəliş rejiminə hər hansı dəyişiklik edilməsi nəzərdə
tutulmur. 2007-ci ildən bəri Azərbaycan vətəndaşları ölkəmizə turizm məqsədli səfərləri zamanı 30 gün müddətində Türkiyədə vizasız qalmaq hüququna malikdir.
Xatırladaq ki, ötən gün Türkiyə KİV-i 89 ölkəyə, o cümlədən Azərbaycana 2016-cı ilin iyunundan viza tətbiq ediləcəyi haqda xəbər yayıb.
Heç bir əsas olmadığı halda qardaş ölkənin Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq edəcəyinə dair məlumatların gündəmə gətirilməsini şərh edən edən politoloq Qabil Hüseynlinin sözlərinə görə, viza məsələsinin müzakirə predmetinə çevrilməsi Avropa Birliyinin Türkiyəyə Şengen zonasına və AB-nin əhatə etdiyi ölkələrə vizasız gediş-gəliş tətbiq etmək istəyi ilə bağlıdır: "Bilirsiniz ki, Avropa İttifaqının Türkiyə vətəndaşları üçün vizasız giriş təmini məsələsi xeyli zamandır gündəmdədir. Əgər müvafiq razılaşmalar əldə olunarsa, iyun ayından Türkiyə vətəndaşlarının Avropaya vizasız gediş-gəlişinin reallaşma ehtimalı var. Türkiyə vətəndaşlarının Avropa Birliyinə daxil olan ölkələrə vizasız gediş-gəlişinə icazə verilməsi qarşılığında isə Avropa İttifaqı Türkiyə qarşısında tələb qoyub ki, Türkiyə vizasız gediş-gəlişi olan ölkələrə qarşı viza rejimi tətbiq etməlidir. Amma burada Türkiyənin seçim haqqı da var. O, bir-iki dövlətə güzəştə gedə bilər ki, bu sırada Azərbaycan birinci gəlir”.
Politoloqun sözlərinə görə, bütün bunlara rəğmən Türkiyənin Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq edəcəyinə dair söz-söhbətlərin bu cür qabardılması təsadüfi deyil. Görünür, ortada müəyyən maraqlar var.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat