Türkiyə-İran sərhədində atışma - hərbçilər həlak oldu




Türkiyə-İran sərhədində türk hərbçilərlə PKK terrorçuları arasında atışma baş verib.

"Sherg.az" Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 2 hərbçi həlak olub, daha beş nəfər isə yaralanıb.

Qeyd olunur ki, insident İğdır vilayətində baş verib. Atışmadan sonra Türkiyə ordusu bölgədə PKK-ya qarşı genişmiqyaslı əməliyyata başlayıb.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.