Türkiyə ordusundan əməliyyat: İraqda 8 PKK terrorçusu məhv edildi



Türkiyə HHQ İraqın şimalında və ölkənin iki cənub-şərq əyalətində 8 PKK terror qruplaşmasının üzvünü zərərsizləşdirib. Bu barədə Türkiyə Silahlı Qvvələrinin Baş Qərargahı bildirib.

Məlumatda deyilir: "30 iyun - 1 iyul tarixlərində İraqın şimalında Zap rayonunda, Türkiyənin Van əyalətinin Çatak və Şırnak əyalətinin Beytüşşebal rayonunda hava əməliyyatları zamanı 8 PKK terrorçusu zərərsizləşdirilib".

Qeyd edək ki, PKK ilə 25 ildən artıqdır ki, mübarizə aparan Türkiyə minlərlə insan itkisi ilə qarşılaşıb.