Türkiyədə ağır yol qəzası: ölən və yaralananlar var





Türkiyənin Adana şəhərinin mərkəzində yerləşən Yüreğir rayonunda insan tələfatı ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, Solaklı məhəlləsində hərəkət edən mikroavtobusla ağır texnika toqquşub.

Məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Qəzaya səbəb ağır texnikanın yola əks istiqamətdən daxil olması göstərilir.

Hadisə yerinə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub.