Elxan Şahinoğlu: "Suriya ilə sərhəddə yerləşdiyindən təəssüf ki, DAİŞ-in terror həyata keçirməsi üçün böyük imkanları var. "
"Türkiyə özü də anlayır ki, terror hadisələri çoxalarsa, bu, turizm sahəsinə də mənfi təsir göstərə bilər”.
Bunu Sherg.az-a Avstraliya hökumətinin "Aprelin 25-də Türkiyənin Gelibolu yarımadasında terror hadisəsi baş verə bilər" bəyanatına münasibət bildirərkən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, aprel ayında Çanaqqala savaşları qeyd olunur, bu zaman turistlərin axını olması terror hadisələrinin baş verə biləcəyini gündəmə gətirir:
"Mən özüm də iki il dalbadal Çanaqqalada, həmin yerlədə olmuşam. Orada həmişə avstraliyalı, yeni zellandiyalı turistlər bu hadisələri qeyd edir. Çünki 1915-ci il Çanaqqala savaşında Böyük Britaniya bu savaşa öz müstəmləkəsində olan dövlətləri də cəlb etmişdi. O döyüşlərdə həmin müstəmləkələrdən olan xeyli insan həlak olub. Hər il onların nəticələri gəlib, dədə-babalarını yad edirlər. Türkiyə də həmişə onlara şərait yaradır. Bu səbəbdən Avstraliya qorxur ki, xeyli vətəndaşı ora gedir, terrorçuların qurbanları ola bilər. Çünki terrorçular onsuz da daha çox Qərb vətəndaşlarını hədəf alırlar. Türkiyə SSuriya ilə sərhəddə yerləşdiyindən təəssüf ki, DAİŞ-in terror həyata keçirməsi üçün böyük imkanları var.uriya ilə sərhəddə yerləşdiyindən təəssüf ki, DAİŞ-in terror həyata keçirməsi üçün böyük imkanları var. Türkiyədə yeni il gecəsində də, İstanbulun məşhur restoranlarından birində terror törədildi.
Ona görə də Avstraliya ehtiyat edir ki, terrorçular hər il aprel ayında Çanaqqalaya xarici ölkələrdən turistlər gəldiyini bilir və gecəni orada keçirirlər. Qorxurlar ki, terrorçular belə bir plan qura bilər, heç nə hiss etmədən Avstraliya və Yeni Zellandiya vətəndaşlarını hədəf götürə bilərlər. Amma inanmıram ki, Avstraliyanın əlində Türkiyədə həmin tarixdə terrorun baş verə biləcəyi ilə bağlı dəqiq kəşfiyyat məlumatları olsun. Adətən, həmişə Amerika Birləşmiş Ştatlarında belə məlumatlar olur. O da mümkündür ki, Amerikada elə kəşfiyyat məlumatları var və Avstraliya ilə bölüşüb. Hələ ki, İraqda, Suriyada müharibə gedir, Qərb dövlətləri Türkiyəni müəyyən qədər təhlükəli hesab edə bilərlər”.
Türkiyə turist cəlb edən ölkə olduğunu diqqətə çatdıran E.Şahinoğlu deyib ki, hər yay müxtəlif ölkələrdən turistlər gəldiyindən turistik ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir:
"Hər yay Türkiyədə müxtəlif terraktlar həyata keçirilsə də, turizm bölgələrində elə böyük problemlər yaşanmır. Təhlükəsizlik tədbirləri görülür. Amma yenə də bilmək olmur, terrorçular həmişə hər şey planlaşdıra bilərlər. Ona görə də Avstraliya bu məsələdə ehtiyatlı mövqe tutmaq məcburiyyətində qalıb. Əgər məlumatlar Türkiyənin özündə varsa, o da, müxtəlif təhlükəsizlik tədbirlərini gücləndirəcək”.
Qeyd edək ki, Avstraliyanın xarici işlər naziri Culiya Bişop rəsmi Ankaranın məsələ ilə bağlı məlumatlı olduğunu diqqətə çatdırıb. Nazir öz vətəndaşlarının Türkiyəyə səyahətdən çəkinməli olduğunu deyib.
Aysel Aslan