Türkiyədə iki hərbçi şəhid olub, biri yaralanıb





Türkiyənin Hakkari bölgəsində təhlükəsizlik qüvvələri PKK terrorçularının hücumuna məruz qalıb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, terrorçuların qəfil atəş açması nəticəsində iki hərbçi şəhid olub, biri yaralanıb.

Bölgədə anti-terror əməliyyatlarını gücləndirmək məqsədilə aviasiya vasitələrinin dəstəyi ilə əlavə qüvvə cəlb olunub.