Türkiyədə parlament seçkilərində “Cümhur ittifaqı” qalib gəlir - YENİLƏNİB

Bu gün Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərində səslərin 91 faizi sayılıb.

APA-nın məlumatına görə, sayılan səslərə əsasən, "Cümhur ittifaqı” bloku 54,06%, "Millət ittifaqı” 33,09%, Xalqların Demokratik Partiyası isə (HDP) 10,92 faiz səs toplayıb.

Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası və Milliyətçi Hərəkat Partiyası parlament seçkilərinə birgə blokda – "Cümhur ittifaqın”da qatılıb, Böyük Birlik Partiyasının (BBP) namizədləri isə "Cümhur ittifaqın”da AKP namizədləri qismində yer alıb. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə "Millət ittifaqı”nda qatılıb.

***

Bu gün Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərində səslərin 31 faizi sayılıb.

APA-nın məlumatına görə, sayılan səslərə əsasən, "Cümhur ittifaqı” bloku 59,69%, "Millət ittifaqı” 29,86%, Xalqların Demokratik Partiyası isə (HDP) 8,98 faiz səs toplayıb.