Türkiyədən İlham Əliyevə təşəkkürlər: Azərbaycan qapıları açdı...

"Rusiyanın gömrükdə saxlatdığı məhsulların  Qazaxıstan, Qırğızıstan və Tacikistana çatması üçün qardaş ölkə Azərbaycan qapılarını açdı.". Bu barədə Türkiyə mediasında xəbərlər yayıldı.  Türkiyəyə aid  yük maşınları Azərbaycan, Xəzər dənizi və Türkmənistan dəhlizindən  istifadə edəcək. Məsafə olaraq daha qısa yol olan  Xəzər vasitəsi ilə məhsulların daşınmasının bundan sonra daimi olacağı da  gündəmdədir.
Moskva  tərəfindən maneə törədildiyinə görə, indiyə qədər Orta Asiya respublikalarına Rusiyadan keçməklə gedən Türkiyəyə məxsus yük maşınları bundan sonra Azərbaycandan keçməklə mənzil başına çatacaqlar.
Xarici işlər nazirliyinin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin (UND)  məlumatına  görə, Rusiya üzərindən Qazaxıstan, Qırğızıstan və Tacikistana getmək  istəyən Türkiyə nömrəli maşınlar, Xəzər dəhlizindən istifadə edəcək. Təyyarə vurulma hadisəsindən sonra rəsmi Moskvanın yaratdığı maneə  səbəbiylə Türkiyəyə məxsus TIR-lar   günlərdir Gürcüstandan Rusiyaya keçə bilmirdi.
"Yeni Şafaq"ın xəbərinə görə, xarici işlər naziri Mövlut Çavuşoğlu Azərbaycandakı təmasları zamanı  daşınmalarla əlaqədar mövcud vəziyyəti həmkarı Elmar Məmmədyarovun diqqətinə çatdırıb. Nazir Məmmədyarov da durumla bağlı  Azərbaycan prezidenti İlham Əliyevi məlumatlandırıb. Xahişi  müsbət qarşılayan İlham Əliyevin Türkiyə tərəfinə  hər cür köməkliyin göstərilməsi ilə bağlı təlimat verdiyi bildirilir. 
Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin rəhbəri Fateh Şener, yüksək xərclər olduğuna görə indiyə qədər Xəzər yolundan çox da istifadə edilmədiyini söylədi. İ.Əliyevin təlimatını xatırladan Şener, "Tam da bu yolun asanlaşmasını gözlədiyimiz bir dövrdə Rusiya böhranı  yaşandı və Azərbaycan  ziyana düşən avtomobillərimizə  sahib çıxdı" deyə bildirib.
Bu qərarı verən prezident  İlham Əliyevə təşəkkür edən UND başçısı Şener, "Orta Asiya, Qafqazı və Türkiyəni bir-birinə bağlayacaq bu yolun daimi  olmasını istəyirik" deyə arzuzunu dilə gətirib.