Türkiyənin Rusiyadakı səfirliyinə hücum edildi





Türkiyənin Rusiyadakı səfirliyinə hücum olub. Lent.az-ın Lenta.ru-a istinadən məlumatına görə, bu barədə hadisə şahidləri məlumat verib. Məlumata görə, səfirliyin binası daş-qalaq edilib, şüşələr sındırılıb, divarlara boya atılıb.
Hazırda binaya gücləndirilmiş polis nəzarəti var. Asayiş işçiləri səfirliyin binasına girişin qarşısını alırlar.