Türkiyənin tanınmış aktyoru vəfat etdi




Türkiyənin tanınmış aktyoru Enis Fosforoğlu vəfat edib.

Türkiyə mətbuatı yazır ki, 71 yaşlı aktyor ürəktutma səbəbindən dünyasını dəyişib.

E.Fosforoğlu "Hababam sinifi”, "Kurtlar vadisi: Pusu”, "Arka sokaklar” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.

Aktyor sabah İstanbulda dəfn olunacaq.