Türkiyəyə istirahət gəldi: Pulu bitdiyinə görə, kimsəsiz villaya girib, yaşadı

 Antaliyada istirahət edən alman turist M. S.,  pulu bitdiyinə görə sahibi olmayan villada yerləşib, zinət əşyaları və elektronik cihazları satdığı iddiasıyla nəzarətə alındı. M. S., ifadəsində, "Acından öləcəkdim. Buna görə villada yerləşib, yeyib- içdim" deyib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, villanın sahibi S.Ç.ın evdə olmadığı zaman villada işıqların yandığını fərq edən sahə görəvlisi  polisə xəbər verir. Evə əməliyyat təşkil edən El Təhlükəsizlik Müdirliyi Asayiş Şöbə Müdirliyi Oğurluq Büro Komandirliyi qrupları, villada Almaniya vətəndaşı M. S. (51) ilə qarşılaşıb.
Nəzarətə alınan M. S., bir müddət əvvəl Almaniyadan tətilə gəldiyini, pulunun bitdiyini və yerləşdiyi oteldən ayrılmaq məcburiyyətində qaldığını bildirib. Qalacaq yeri olmadığı üçün villaya məcburiyyət qarşısında girdiyini söyləyən M. S., "Acından öləcəkdim. Buna görə villada yerləşib, yeyib- içdim" deyib.
Araşdırma zamanı alman turistin evdəki zinət əşyaları və elektronik cihazlarını da oğurlayıb satdığı müəyyən olunub. Villa sahibi S.Ç.ın şikayəti ilə M. S. ədliyyəyə sövq edilib.
Turan