Üç rayonda alkoqolsuz içkilər istehsal edən sexlər aşkarlandı
12:30 19.07.2019
Arxiv
1158
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir.
Bu barədə "Sherg.az"a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aparılan monitorinqlər zamanı agentlik əməkdaşları Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən su və alkoqolsuz içkilərin istehsalı sexlərinə baxış keçirib. Baxış zamanı texniki reqlamentlərin və və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb.
Sexlərdə məhsul istehsalında mənşəyi məlum olmayan xammallardan istifadə edildiyi, hazır məhsulların analizlərinin aparılmadığı, istehsal prosesində istifadə olunan suyun müvafiq filtrdən keçirilmədiyi, şüşə butulkaların texnoloji prosesə, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu, məhsul istehsalında istifadə olunan xammalın və köməkçi materialların düzgün şəraitdə saxlanılmadığı, üzərinə istehsal tarixinin vurulmadığı və qablaşdırmaların üzərində əvvəlki istehsal tarixinin, saxlanma müddətinin qaldığı müəyyən edilib. Habelə Qax rayonu, Qorağan kəndində yerləşən “Günəş MS” Məhdud Məsuliyyətli Cəmiyyətdə istehsal edilən “H2O” və “Qax” əmtəə nişanlı suların minerallaşma dərəcəsinin müəyyən edilmədiyi təqdirdə üzərində “mineral süfrə suyu” yazıldığı məlum olub.
Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq sexlərin fəaliyyəti məhdudlaşdırılıb.
1) Zaqatala rayonu, Çökəkoba kəndində yerləşən, fiziki şəxs Şıxlinski Fərid Zeynal oğluna məxsus “Dağ incisi” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi
2) Qax rayonu, Xalidə Həsilova küçəsində yerləşən, fiziki şəxs Yusifli Ülvi Zəfər oğluna məxsus “Ülvi” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi
3) Qax rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən, fiziki şəxs Əli Sadiq İlqar oğluna məxsus “Sadiq” və “Qax" əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi
4) Qax rayonu Qorağan kəndində yerləşən hüquqi şəxs “Günəş MS” MMC-yə məxsus “Sevim”, “H2O” və “Qax” əmtəə nişanlı su istehsalı sexi
5) Balakən şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən fiziki şəxs Mustafayev Orxan Cahangir oğluna məxsus “Zirvə” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi
6) Balakən rayonu Qullar kəndində yerləşən fiziki şəxs Papaxov Elman Fəxrəddin oğluna məxsus “Ləzzət” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi
İstehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycanın Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət
Nazirdən ŞOK AÇIQLAMA: 10 minə yaxın müəllim...
10:24 02.10.2026
Elm və Təhsil
Ermənistan Azərbaycanın ardınca getməyə çalışır?
10:22 02.10.2026
Region
Tramp İran rəhbərliyini hədələdi
10:20 02.10.2026
Dünya
Ukrayna ərazisində müstəqil dövlət yaranacaq - Putin
10:15 02.10.2026
Dünya
Hikmət Hacıyev Azərbaycanın İsrail ilə münasibətlərindən danışdı
10:09 02.10.2026
Siyasət
Toyuq əti də bahalaşdı - VIDEO
10:08 02.10.2026
İqtisadiyyat
Türkiyədə Eyüpsultan bələdiyyəsinin sədri saxlanılıb
10:01 02.10.2026
Hadisə