Ucarda kanaldan meyit tapılıb




 Ucar rayonunda su kanalından meyit tapılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Qulabənd kəndi ərazisindən keçən su kanalında hələlik şəxsiyyəti məlum olmayan 40-45 yaşlarında paltarsız kişi meyiti kanalı aşkarlanıb. Meyit kanalı qazan traktorçu tərəfindən tapılıb.
Hazırda hüquq-mühafizə orqanları araşdırma aparır. Ehtimala görə, meyiti tapılan şəxs on gün əvvəl çimmək üçün Qazyan su kanalına gedən və itkin düşən rayon sakini, 43 yaşlı Təhminaz Hüseyn oğlu Quliyevdir.