Seçkidən sonra Paşinyan İran məsələsində Qərb ölkələrinin mövqeyini müdafiə edəcək
Üçüncü səfər...
17:18 26.06.2018
Arxiv
435
İranla əməkdaşlıq müvəqqəti xarakter daşıyır
Seçkidən sonra Paşinyan İran məsələsində Qərb ölkələrinin mövqeyini müdafiə edəcək
Seçkidən sonra Paşinyan İran məsələsində Qərb ölkələrinin mövqeyini müdafiə edəcək
Ermənistan baş naziri Nikol Paşinyan İrana səfər etməyə hazırlaşır. Bunu Ermənistan İctimai Televiziyasına müsahibəsində Paşinyanın xarici siyasət üzrə müşaviri Arsen Xaratyan deyib. O bildirib ki, səfər bir neçə gün sonra baş tuta bilər: "İrana səfər planlaşdırılır. Ramazan bayramına görə baş qarışıq idi. İndi səfərin dəqiq tarixi dəqiqləşdirilir”.
Ekspertlərə görə, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistan İranla əlaqələrin inkişafında həmişə maraqlı olacaq. Ancaq bu səfərlərin arxasında İrana olan rəğbət və məhəbbət dayanmır. Ermənistan İrandan "nəfəslik” almağa məcburdur. Bilirik ki, Ermənistanın Türkiyə ilə sərhədləri bağlıdır. Yalnız İran vasitəsilə müxtəlif iqtisadi proyektlər həyata keçirə bilər. İranın da bu məsələdə maraqları rəsmi İrəvana olan simpatiyasından qaynaqlanmır. Hər iki dövlət siyasi maraqları naminə əlaqələri davam etdirirlər. Böyük ehtimal, Paşinyanın bu səfərində əsas danışıqlar Ermənistanla strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi ətrafında aparılacaq.
Paşinyanın səfəri ilə bağlı "Şərq”ə danışan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türkiyəli professor Hasan Oktay bildirib ki, Ermənistanda mitinqlərlə hakimiyyətə gələn Paşinyan öncə Qarabağa, sonra Rusiyaya səfər etdi. Onun üçüncü səfəri isə İranadır. Analitikin sözlərinə görə, Paşinyan növbədənkənar seçkilərlə hakimiyyətə gələnə qədər İrəvanın ənənəsini davam etdirəcək:
"Beynəlxalq əlaqələr sisteminin bir parçası olan Ermənistan-İran münasibətləri ciddi araşdırma tələb edir. Normal şərtlər daxilində müsəlman dövləti olan İran xristian Ermənistanla əlaqə qurmamalıdır. Lakin Tehranın Ermənistanla xoş keçinməsinin bir sıra səbəbləri var. Hər şeydən əvvəl Tehran rejimi Amerikanın yaxın gələcəkdə həyata keçirəcəyi İran əməliyyatının istiqamətini dəyişmək istəyir. Ermənistan üzərindən dünyaya mesaj verməyə, Qərbin müdafiə etdiyi bir xristian ölkəsi ilə xoş keçindiyini göstərməyə çalışır. Ermənistan isə bu durumdan istifadə edərək iqtisadi vəziyyətini nisbətən normallaşdırmaq istəyir. Ancaq seçkidən sonra Paşinyan İran məsələsində Qərb ölkələrinin mövqeyini müdafiə edəcək. Sadəcə həmin günə qədər müvəqqəti də olsa Tehranla əməkdaşlığı sürdürür”. Analitik bildirib ki, Azərbaycan tərəfi öz istisadi potensialı ilə İran-Ermənistan əlaqələrini yönləndirə bilər: "Ermənistanla İran biri-birinə möhtac iki dövlətdir. Hələlik onların ikili əməkdaşlığı Rusiyanın da maraqlarına xidmət edir. Lakin yaxın zamanda bölgədə balans dəyişəcək və o zaman Rusiya ilə İran Azərbaycanın mövqeyini gözardı edə bilməyəcəklər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat