Ukrayna 2 azərbaycanlını deportasiya etdi

Ukraynanın paytaxtı Kiyevdə 2 azərbaycanlı saxlanılaraq deportasiya olunub.

Axar.az Report-a istinadla xəbər verir ki, bunlar Rusiya vətəndaşı - 45 yaşlı Xəlilov Kazım və 55 yaşlı Hüseynov Cavaddır. Onlar Rusiyaya deport ediliblər.

Azərbaycanlıların saxlanmasına səbəb ictimai asayişi dəfələrlə pozmaları, xuliqanlıq əməlləri olub.