Ukrayna: "Biz də rus təyyarələrini vuraq"






Ukrayna Milli Təhlükəsizlik və müdafiə naziri Oleksandır Turçinov, Türk F-16 təyyarələrinin rus döyüş təyyarəsini vurması ilə əlaqədar, "Türk tərəfi, atəş açmazdan əvvəl rus tərəfini, onun hava məkanının rus təyyarələri tərəfindən pozulmasının qəbul edilməz olduğu haqda dəfələrlə xəbərdarlıq edib. Rus təyyarəsinin vurulmasından əvvəl də, bir neçə dəfə xəbərdarlıq edildi və ancaq bundan sonra rus təyyarəsi vuruldu" deyib. Turçinov, Ukrayna Hava qüvvələrinin də, Ukrayna hava məkanını pozan rus təyyarələrinə eyni şəkildə cavab verilməsi lazım olduğunu ifadə edib.