"Ukraynadan Azərbaycana böyük nümayəndə heyəti gələcək”




"Yaxın vaxtlarda Bakıda hərbi-texniki əməkdaşlığa dair Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək”.

APA-nın xəbərinə görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko deyib. 

O bildirib ki, Ukraynadan Azərbaycana böyük nümayəndə heyəti gələcək: 

"Hərbi-texniki sahə bizim dərin əməkdaşlığımızın, münasibətlərimizin indikatorudur. Bütün zamanlarda hərbi-texniki əməkdaşlıq ölkələrimiz arasında münasibətlərdə vacib yer tutub. Bu, qarşılıqlı etimadın göstəricisidir. Artıq biz Azərbaycandan bəzi silah-sursat növlərinin ölkəmizə idxal olunması üçün müraciət edirik”.