Ukraynanın baş naziri: "Belə olmasa, istefa verəcəm"





Ukraynanın baş naziri Volodimir Groysman ölkəsini istefa verəcəyi ilə təhdid edib.

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, o , buna səbəb kimi Ukraynada korrupsiyaya qarşı mübarizənin sürətli şəkildə həyata keçirilməməsi ilə izah edib və bildirib ki, korrupsiyaya qarşı mübarizə tədbirlərinin zəiflədilməsi Kiyevin özü üçün çətinliklər yaradır:

"Məhkəmə yaradılmadan bu mübarizənin uğur qazanacağına inanmıram. Yaradılacaq məhkəmə isə müstəqil və ədalətli olmalıdır. Bu, belə olmasa, istefa verəcəm".

Tərcümə etdi: Ayyət ƏHMƏD