Ümumdünya Səhiyyə Təşkilatından "EBOLA" AÇIQLAMASI





Konqo Demokratik Respublikasındakı Ebola epidemiyası hazırda beynəlxalq aləmi təşvişə salacaq qədər təhlükəli deyil". 

"Sherg.az"  "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə  Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. 

Bundan başqa ÜST bəyan edib ki, hazırda beynəlxalq səviyyədə ictimai səhiyyənin fövqəladə halları yerinə yetirilməyib.

ÜST-ün hesabatına görə, Konqoda Ebola epidemiyasına 45 nəfər yoluxub, onlardan 25-i ölüb. 

Qeyd edək ki, bu epidemiya may ayının əvvəllərində Konqonun şimal- qərbində bir kənd ərazisində yayılıb. 

Tərcümə etdi: Ayyət ƏHMƏD