Digər tərəfdən uşaq doğularkən onun çəkisinin çox olması ortaya xoşagəlməz fikirlər çıxarır. Gələcəkdə həm ana, həm də uşaq diabet xəstəliyinin daşıyıcısı ola bilər. Bu kimi faktorları əsas götürdükdə şəkərli diabet xəstəliyi irsi rol oynayır. Lakin bu insanlarda təlaş yaratmamalıdır. "Diabet anamda olub, məndə də olacaq” kimi fikirlər yanlışdır. Bu cür amillər gələcəkdə müəyyən qədər rol oynadığı üçün biz bunu dəyərləndiririk.
Uşağın çəkisinin normadan artıq olması nədən xəbər verir ? - OXUYUN !
14:01 14.11.2018
Arxiv
1119
"Şəkər endeklonoji xəstəlik olub, insanlarda həm edogen, həmdə ekzogen səbəblərdən dolayı yaranır".
Bu barədə "Sherg.az"a Azərbaycanda şəkər xəstəsi olan uşaqların sayının artmasından danışarkən tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, həkim Şəmsiyyə Namazlı bildirib.
Onun sözlərinə görə, şəkərli diabet xəstəliyinə birdəfəlik son qoymaq mümkün deyil:
"Çünki bu xəstəlik insan daxilindəki vəzlər pozulduğuna görə, yaranır. Yəni qidalanmanın pozulması, yaşam çətinlikləri, ekoloji tarazlığın pozulması və.s kimi çox saylı faktorlar bunu qaçılmaz xəstəliyə çevirib. Bəzən bu xəstəlik insanda anadangəlmə olur. Bu da ananın hamiləlik dövründən başlayan bir prosesdir. Hamiləlik müddətində ananın qeyri-sabit qidalanması, karbonhidratlardan çox istifadə etməsi bu xəstəliyin əsas səbəblərindən biridir.
Digər tərəfdən uşaq doğularkən onun çəkisinin çox olması ortaya xoşagəlməz fikirlər çıxarır. Gələcəkdə həm ana, həm də uşaq diabet xəstəliyinin daşıyıcısı ola bilər. Bu kimi faktorları əsas götürdükdə şəkərli diabet xəstəliyi irsi rol oynayır. Lakin bu insanlarda təlaş yaratmamalıdır. "Diabet anamda olub, məndə də olacaq” kimi fikirlər yanlışdır. Bu cür amillər gələcəkdə müəyyən qədər rol oynadığı üçün biz bunu dəyərləndiririk. Ona görə də o riskləri hər zaman nəzərə alaraq müntəzəm olaraq onlara məsləhət kursu yazarıq. Profilaktik tətbirlər təşkil edərək maneələrin keçilməsi, müəyyən tədbirlərin görülməsini tövsiyə edirik. Ona görə də burada ilk öncə düşünülmüş addımların atılması daha məqsədəuyğundur".
Həmçinin Ş.Namazlı hesab edir ki, şəkərli diabet xəstəliyinin yaranmasında birmənalı olaraq qidalanma faktoru əsas rol oynayır. İnsanlar fiziki aktivlikdən uzaq düşdükdə, qidalanma rasionunu pozduqda, evdə, işdə məişət problemləri artdıqda artıq bu xəstəlik hərəkətlənməyə başlayır:
"Passiv həyat tərzi keçirdikdə artıq biz şəkərli diabet xəstəliyini oyandırmış, hərəkətli aktiv yaşadıqda isə onu nəzarətə almış oluruq. Eyni zamanda xəstəliyin müalicəsində vaxtında müayinə olunmaq əsas rol oynayır. İnsanlar heç olmasa ildə bir dəfə həkim nəzarətində olmalıdır. Bu zaman xəstəlik ağır formaya keçmədən ona müdxilə edərək təsirlərini azalda bilmək mümkün olar.
Təəssüflər olsun ki, insanlar çox ağır formada həkim müayinəsinə gəlirlər. Artıq o zaman bu fəsadlarla nəticələnir. Onda da müalicələr dərinləşməsi, daha çox kimyavi dərmanların yazılışları artması, digər orqanlarda çatışmamazlıq və.s kimi bir çox mənfi halla qarşılaşırıq. Ona görə də sadaladığım faktorlara əməl olunmasa, insanların özünün özünə münasibəti dəyişməsə, bu xəstəlik daha çox artacaq”.
Qeyd edək ki, 2017-ci ilin dekabrına olan məlumata əsasən, Azərbaycanda 243 min, 2018-ci ilin 8 ayı üzrə isə 263 057 nəfər şəkərli diabet xəstəsi qeydiyyatda olub. Məlumata görə, bunu Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babək Salek deyib. Dünyada şəkərli diabetdən əziyyət çəkən xəstələrin sayının hər il 12-15 faiz artdığını deyən B.Salek qeyd edib ki, Azərbaycanda qeydiyyatda olan xəstələrin 1654 nəfəri uşaqdır: "Uşaqların yalnız 20 nəfəri 2-ci tip diabetdir. Bakı üzrə keçən il 580 uşaq qeydiyyatda olubsa, bu gün xəstə uşaqların sayı 600-dən çoxdur".
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm