Uşaqlar görəndə qaçırdılar

41 yaşlı kişiyə ən müvəffəqiyyətli üz nəqli edildi
2001-ci ildə Mississippidə bir ev yanğınında üzü tamamilə yanan Patrick Hardisona indiyə qədər reallaşdırılan ən müvəffəqiyyətli üz nəqli edildi.
41 yaşlı keçmiş xilasetmə vəzifəlisi 26 saat davam edən bir əməliyyat sonrasında yeni üzünə qovuşdu. Tennesse əyalətində yaşayan Hardisona keçən yaz velosiped qəzası keçirdikdən sonra beyin ölümü reallaşan 26 yaşlı David Rodebaugh adlı velosiped təmirçisinin üzü verildi. Əməliyyatdan sonra "New York Maqazin” jurnalına danışan Hardison, çox çətin bir dövr keçirdiyini ifadə edərək "Uşaqlar məni gördüklərində ağlamağa başlayıb, qaçırdılar. Hamısı məndən çox qorxurdu. Ölməkdən belə daha pis bir vəziyyətlə qarşı- qarşıyaydım” deyə söyləyir. Hardisonun oğulu isə, "Atamı gördüyümdə onun sifətini yaxşı xatırlamaq istəyirdim” deyə danışır. Əməliyyatı reallaşdıran Dr. Eduardo Rodriguez, Hardisonun yaxşılaşma müddətində olduğunu, ancaq immunitet sistemini bərpa etmək üçün uzun müddət dərmanlardan istifadə etməsi lazım olduğunu söyləyir. Dünyada ilk üz nəqli 2005-ci ildə Fransada iti tərəfindən üzü parçalanan bir qadın üzərində edilmişdi. İlk tam üz nəqli isə 2010-cu ildə İspaniyada reallaşdırılmışdı.