Uşaqlara siqret satanlara cəza verildi




Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satılması faktları aşkar edilib.

Daxili İşlər Nazirliyindən "Sherg.az"a daxil olan məlumatda göstərilir ki,

Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki köşklərdə yetkinlik yaşına çatmayanlara tütün məmulatları satılması faktları aşkar edilib.
Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satdıqlarına görə həmin köşklərin 2 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi ilə protokollar tərtib edilib.