A.Nağı hesab edir ki, belə halların qarşısını almaq üçün gömrük sistemi ciddi şəkildə yoxlama aparmalıdır:
Üzərində erməni bayrağı olan məhsullar Azərbaycana necə və niyə keçirilir ? - İZAH
13:50 05.06.2018
Arxiv
980
Akif Nağı:"Milli məsələlərdə gömrük orqanları diqqətli olmalıdırlar. Belə mallar Azərbaycana daxil olmadan yoxlanmalı, qarşısı alınmalıdır"
A.Nağı hesab edir ki, belə halların qarşısını almaq üçün gömrük sistemi ciddi şəkildə yoxlama aparmalıdır:
"Ermənistan hər vasitədən, çoxşaxəli ticari əlaqələrdən təbliğat vasitəsi kimi istifadə etməyə çalışır”.
Bunu "Sherg.az”a Azərbaycanda üzərində Ermənistan bayrağı olan gün eynəyinin satılmasından danışarkən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. Onun sözlərinə görə, ermənilər bəzi xarici ölkələrdə insanları şirnikləndirərək, ucuz qiymətə belə malları satır, ölkəmizə ayaq açmasına səbəb olurlar:
"İnsanlar bunu diqqət etmədən alırlar. Bəziləri evinə gətirdikdə, baxırlar ki, malın üzərində Ermənistanın bayrağı var, etiketi vurulub, yaxud erməni dilində təlimatlar yazılıb. Belə mallara çox rast gəlinib, faktlarla bağlı fotoşəkillər yayılıb. Ermənilər bu vasitələrdən təbliğat vasitəsi kimi istifadə edir, acgöz, tamahkar adamları ələ ala bilirlər. Düşmənin məqsədi cəmiyyətdə narazılıq yaratmaq, nəzarət orqanlarına qarşı mənfi rəy formalaşdırmaqdır.
Müəyyən şəxslərə, nostalji hisslərlə yaşayanlara belə vasitələr təsir edir. Gənclərdə isə qadağan olunan şeylərə maraq yaranır. Ola bilər, bu formada ermənilərə qarşı mənfi münasibət bir qədər yumşalsın. Azərbaycan cəmiyyəti belə məsələlərdə həssasdır. Ona görə, sahibkarlardan, müxtəlif qurumlardan narazılıq yaratmaq, mətbuatda belə məsələləri qaldırmaq üçün ermənilər bu cür vasitələrdən istifadə edirlər”.
A.Nağı hesab edir ki, belə halların qarşısını almaq üçün gömrük sistemi ciddi şəkildə yoxlama aparmalıdır:"Milli məsələlərdə gömrük orqanları diqqətli olmalıdırlar. Belə mallar Azərbaycana daxil olmadan yoxlanmalı, qarşısı alınmalıdır. Aşkarlanan faktlarla bağlı ciddi cəza tədbirləri görülməlidir ki, başqaları üçün də nümunə olsun”.
Qeyd edək ki, üzərində erməni bayrağı olan eynək Xırdalanda "Təzə bazar” adlanan ərazidə yerləşən "Real optika” adlı mağazada satılır. Satıcılar eynəyin dünənə qədər mağazada satışda olduğunu etiraf etdilər. Onların sözlərinə görə, məsələ barədə müdiriyyətə məlumat verildikdən sonra eynək satışdan yığışdırılıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya