
Valideynlər xoş xəbər alıb
21:32 21.01.2016
Arxiv
1073
20 saylı məktəb-lisey sentyabrda hazır olacaq

Respublikanın ən böyük müəllim-şagird kontingentinə sahib məktəblərdən olan Yasamal rayonundakı 20 saylı məktəb-liseydə təmir-tikinti işləri aparılır. Təhsil Nazirliyinin müraciətinə əsasən həmin məktəbin yerində müasir tələblərə cavab verən məktəb kompleksi inşa olunur.
Nazirliyin məlumatına görə, bu tədris ocağında 111 sinifdə 2830 şagird təhsil alır. Əvvəlki dövrlərdə isə məktəb-liseydə 3200 nəfərədək şagird oxuyub. Məktəbdə çalışan 289 müəllimdən 5-i əməkdar müəllim, 5-i ilin müəllimi, 3-ü elmlər namizədidir.
Bu məktəb-lisey Bakı şəhərinin əhalinin ən sıx məskunlaşdığı ərazisində yerləşdiyinə görə təhsil müəssisəsinin yeni tikilən binasının müasir tələblərə uyğun inşa olunması nəzərdə tutulub. Məktəbin həyətindəki idman zalı, istilik qazanxanası sökülüb. Azərbaycanın milli arxitekturasına uyğun inşa ediləcək olan məktəbin kommunikasiya və sinif otaqları, kabinetləri müasir dövrün tələblərinə uyğun üslubda istifadəyə veriləcək. 3000 şagird yerlik layihələndirilmiş və 25000 kvadratmetr sahəsi olacaq yeni məktəbin 2016-2017-cı tədris ili üçün istifadəyə verilməsi planlaşdırılır.
Təhsil ocağında təmir işlərinin aparılmasını təqdirəlayiq hesab edən məktəb rəhbərliyi bütün şagird və müəllimlərin, həmçinin valideynlərin yeni məktəbin istifadəyə verilməsini səbirsizliklə gözlədiklərini bildirib. 20 saylı məktəb-liseyin bu ilin sentyabrında hazır olacağı bildirilir. Rəhbərliyin məlumatına görə, təmir müddətində məktəbin ibtidai siniflərində təhsil alan 1450 şagirdi 175 saylı məktəbə, yuxarı siniflərdə təhsil alanlar isə metronun "Gənclik” stansiyasının yaxınlığındakı 325 saylı məktəbə köçürülüb. Hazırda onların təhsil prosesi tam qaydasında davam etdirilir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət