Valyutadəyişmə məntəqələri gec-tez bağlanmalı idi
20:07 12.01.2016
Arxiv
550
“Bu proses qara bazarın genişlənməsinə yox, əksinə, sıradan çıxmasına təsir göstərəcək”
Azərbaycan banklarının filial və şöbələrindən kənardakı valyutadəyişmə məntəqələri bağlanılıb. Bununla bağlı banklara Azərbaycan Mərkəzi Bankından göstəriş verilib.
Göstərişə uyğun olaraq "Zaminbank”, "Atrabank”, "TuranBank” və "Yunayted Kredit Bank” kimi valyuta bazarında aparıcı mövqeyə malik bir sıra banklar öz "exchange”lərinin bağlanmasına qərar veriblər. "Zaminbank”ın Müşahidə Şurasının sədri Nadir İsmayılov bildirib ki, valyutadəyişmə məntəqələri rentabelli olmadığı üçün onların bağlanması qərarı alınıb: "Çoxsaylı valyutadəyişmə məntəqələrinin fəaliyyətinin davam etdirilməsini məqsədəuyğun hesab etmədik. Bundan sonra valyuta mübadiləsi yalnız bankın filial və şöbələrində aparılacaq”. Bir sıra ekspertlərə görə, valyutadəyişmə məntəqələrinin bağlanması pul mübadiləsi əməliyyatında qara bazarın genişlənməsinə və əhali arasında narazılığın yaranmasına səbəb olacaq. Amma bunun əksini düşünənlər də az deyil. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov "Şərq”ə verdiyi açıqlamada valyutadəyişmə məntəqələrinin bağlanmasının qaçılmaz olduğunu və bunun hər hansı problem yaratmadığını deyib: "Məntəqələrin bağlanması zəruri addım idi. Onsuz da gec-tez belə qərar verilməliydi. Bu proses qara bazarın genişlənməsinə yox, əksinə, sıradan çıxmasına təsir göstərəcək. Çünki qara bazarı məhz elə həmin valyutadəyişmə məntəqələri yaradırdı. Ölkədə qeydiyyatdan keçməyən nə qədər puldəyişmə məntəqələri var idi. Onların qanunsuz fəaliyyətinə yol vermək olmaz. Kifayət qədər valyuta var və bundan sonra pul mübadiləsi ayrı-ayrı yerlərdə deyil, bankların nəzdində həyata keçiriləcək. Əhali də yavaş-yavaş buna öyrəşəcək”. İqtisadçı deputat bildirib ki, valyutadəyişmə məntəqələrinin ləğvi insanların xeyrinədir: "Əslində bu, müvəqqəti haldır. Zaman-zaman belə islahatlara gedilməlidir. Məntəqələrin azalması əhaliyə heç bir problem yaratmayacaq. Pul mübadiləsi etmək istəyən vətəndaşlar banklara gedərək əllərindəki valyutanı dəyişəcəklər. Ola bilsin, əhalinin sıx olduğu yerlərdə, məsələn, aeroportlarda, vağzallarda, marketlərdə banklardan əlavə valyutadəyişmə məntəqələri saxlanılsın. Bunu təşkil etməklə bir qrup insanın narazılığını aradan qaldırmaq mümkündür”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat