Varşavada Yaqub Mahmudovun polyakcaya tərcümə edilmiş kitablarının təqdimatı olub
08:33 13.06.2019
Arxiv
704
Polşanın Varşava Universitetində AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun polyak dilinə tərcümə edilmiş "1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı” və "Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920): Azərbaycan xalqının tarixinin parlaq səhifəsi” kitablarının təqdimatı keçirilib.
Tarix İnstitutundan "Şərq"ə verilən məlumata görə, nəşrlərin təşəbbüskarı Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov, elmi redaktorları isə tarixçi alimlər Natiq Məmmədzadə və İlqar Niftəliyevdir. "1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı” kitabının polyakca nəşrinin redaktoru Varşava Universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin əməkdaşı Şəhla Kazımovadır.
Təqdimat zamanı səfir Həsən Həsənov nəşrlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Səfir polyak gənclərinə müraciət edərək bildirib ki, bu kitablar Azərbaycan həqiqətlərini öyrənmək baxımından mühüm əhəmiyyətə malikdir. O, çıxışında Xalq Cümhuriyyəti dövründə Azərbaycan-Polşa əlaqələrindən ətraflı danışıb.
Kitablar Xarici İşlər Nazirliyinin (XİN) nəzdindəki Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə çap olunub.
Yaqub Mahmudov kitabların nəşrinə görə Azərbaycanın Polşadakı səfirliyinə və AİDA-ya təşəkkür edib. O, Azərbaycanın Polşadakı səfirliyinin fəaliyyətindən danışaraq bildirib ki, Varşavanın mərkəzi parklarından birində Azərbaycan ordusunun polyak generalı Məmməd bəy Sulkeviç və Polşa ordusunun azərbaycanlı polkovniki Vəli bəy Yadigarın xatirəsinə abidə ucaldılıb: "Polşada Uzun Həsən və IV Kazimirə, İqnaçı Paderevski və Əlimərdan bəy Topçubaşova, Adam Mitskeviç və Mirzə Cəfər Topçubaşova həsr edilmiş xatirə lövhələri quraşdırılıb. Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyət göstərir”.
Akademik bildirib ki, böyük imperiyalar XX əsrdə Azərbaycan və Polşa xalqlarını məhv etmək siyasəti yeridiblər.
Yeni nəşrlər polyak gəncləri arasında böyük marağa səbəb olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya