"Viki"çilərdən Əhməd bəy Ağaoğlunun 150 illiyinə töhfə


Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) "Vikipediya" Metodik Mərkəzinin könüllüləri tərəfindən azərbaycandilli "Vikipediya"da türk dünyasının böyük şəxsiyyəti Əhməd bəy Ağaoğlu haqqında məqalə əsaslı redaktə olunub.
MEK-dən "Sherg.az"a bildirilib ki, məqalə əsaslı redaktə olunduqdan sonra azərbaycandilli "Vikipediya"da "seçilmiş məqalə statusu"nu alıb.
Məqalə ilə daha ətraflı linkdə tanış olmaq mümkündür.