Vilayət Eyvazov: “Azərbaycan ən təhlükəsiz dövlətlərdən biridir”
14:24 23.07.2019
Arxiv
416
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycanda səfərdə olan İsrailin Müdafiə Nazirliyinin Departament direktoru Yair Kulasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, nazir V.Eyvazov bildirib ki, son illər polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları hər iki ölkədə keçirilən müxtəlif təlim və treninqlərə cəlb edilib, öz peşəkarlıqlarını və ixtisaslarını daha da artırıblar.
Nazir deyib ki, “Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlıq haqqında Saziş” layihəsinin razılaşdırılması istiqamətində səylər davam etdirilir.
Cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təminində İsrailin hüquq-mühafizə orqanlarının təcrübəsinin öyrənilməsinin çox faydalı olduğu, İsraildə uzun müddətdir fəaliyyət göstərən ən müasir texnologiyaların, o cümlədən “Təhlükəsiz şəhər” sisteminin respublikamızda da uğurlu tətbiqi qeyd olunub.
Nazir vurğulayıb ki, nəinki MDB məkanında, Şərqi Avropada da ən sabit, təhlükəsiz dövlətlərdən biri kimi tanınan Azərbaycanda ictimai-siyasi stabillikdən, əlverişli kriminogen durumdan respublikamızın vətəndaşları ilə bərabər, ölkəmizə gələn əcnəbilər, burada çalışan iş adamları, turistlər də yararlanırlar.
Daxili İşlər naziri transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotik vasitələrin qanunsuz dövriyyəsinin narahatlıq doğurduğunu, bu növ cinayətlərə qarşı yalnız birgə səmərəli mübarizə aparılmasının mümkünlüyünü nəzərə çatdırıb.
Y.Kulas ictimai asayişin, sabitliyin yüksək səviyyədə qorunmasının əyani təzahürü kimi son zamanlar İsrail vətəndaşlarının da Azərbaycana ziyarətlərinin artmasının ikitərəfli əlaqələrin inkişafının digər mühüm bir aspekti kimi dəyərləndirib.
Qarşılıqlı maraq dоğuran digər məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparılıb.
Qəbulda İsrailin ölkəmizdəki səfiri Dan Stav da iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
22:20 13.07.2026
Dünya
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
22:02 13.07.2026
Dünya
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:34 13.07.2026
Siyasət
Məsud Pezeşkian Rusiyanın energetika nazirini qəbul etdi
20:46 13.07.2026
Region
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:39 13.07.2026
Hərbi
Anna Akopyan Efiopiyaya ezam olunacaq
20:24 13.07.2026
Dünya
Bakı-Qars aviareysləri iyulun 30-dan başlayır
20:13 13.07.2026
Aktual
Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik
20:08 13.07.2026
Gündəm
Muhsin Yazıcıoğlu işi üzrə 25 şübhəli saxlanılıb
20:05 13.07.2026
Hadisə
AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
19:50 13.07.2026
Dünya
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm