Xalq artistinin oğlu 62 yaşında ata olub





Nərgiz Cəlilovanın "Sevilənlər" verilişinin qonağı olan xalq artisti, xanəndə Əlibaba Məmmədov maraqlı açıqlama verib.
 Sənətkar deyib ki, onun oğlu 62 yaşında yenidən ata olub. Bunu Allahın qisməti adlandıran xalq artisti 4 aylıq nəvəsinə bağlandığını bildirib:

"86 yaşım var, 4 aylıq nəvəm var. Oğlumun evində yaşayıram. Hər gün nəvəmi sevirəm. Darıxıram ondan kənarda. Allah hər adama bunu qismət eləmir".

Nərgiz Cəlilovanın "nəvə, yoxsa nəticə?" sualına belə cavab verib:

"Əlbəttə, nəvəm, 8 nəvəm var idi, bu doqquzuncudur. 14 nəticəm var. Oğlumun 62, gəlinimin 52 yaşı var. Bir şeyi ürəkdən istəyəndə Allah onu muradına çatdırır".