Hərbi hissələrdə də Ermənistandan gəlmiş çağrışçılarla Qarabağdan gələn çağrışçılar arasında psixoloji uyuşmazlıqlar var. Hər zaman bir-biriləri ilə rəqabət şəraitində olur. Burada da əzilən tərəf Qarabağdan olan çağrışçılar olur. Onlar Qarabağdan olan çağrışçılara "dedovşina” tətbiq edirlər.
Xankəndindəki etirazlar Levon Ter-Petrosyanı niyə narahat edir ?- Sabiq müşavirdən aktual şərh
09:17 05.06.2018
Arxiv
775
"Qarabağ ermənilərinin çıxışlarının arxasında Azərbaycanın tərkibində yaşamaq maraqlarının durması Levon Ter-Petrosyanı əndişəyə salıb"
Bu barədə "Sherg.az”a Levon Ter-Petrosyanın ermənilərin Xankəndində başlatdığı kütləvi etiraz aksiyası ilə bağlı narahatlığını şərh edərkən , sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib.
Onun qənaətincə, Xankəndində vəziyyət olduqca mürəkkəbdir:
"Levon Ter-Petrosyan bundan narahatdır. Xankəndi və qondarma Dağlıq Qarabağ respublikasında əhalinin məddi güzəranı kifayət qədər aşağı səviyyədədir. Adamları zorla hərbi hissələrdə xidmət etməyə məcbur edirlər. Nisbətən maddi imkanı olanlar ölkəni tərk edib, Rusiya və digər ölkələrə üz tuturlar. Aşağı təminatlı, kasıb əhali isə əzab çəkir.
Hərbi hissələrdə də Ermənistandan gəlmiş çağrışçılarla Qarabağdan gələn çağrışçılar arasında psixoloji uyuşmazlıqlar var. Hər zaman bir-biriləri ilə rəqabət şəraitində olur. Burada da əzilən tərəf Qarabağdan olan çağrışçılar olur. Onlar Qarabağdan olan çağrışçılara "dedovşina” tətbiq edirlər. Bundan başqa əhalinin məşqulluq səviyyəsi çox pisdir. Ölkədə polis işçiləri OMON adı ilə əhaliyə qorxu yaşadırlar. Bu hadisələrə təkan verən də OMON-çuların iki nəfəri ölümcül döyməsidir. İndi Xankəndində ermənilər ayaq üstündədir. Çox güman ki, bunlar Paşinyanın ürəyincədir. Bu prosesə başçılıq edən qeyri-hökumət təşkilatçılarından biri bildirmişdir ki, Dağlıq Qarabağda da Ermənistana bənzər proseslər yaşanmalı, köhnə kadr korpusu yenilənməli və yeni demokratik qaydalar yaradılmalıdır. Dağlıq Qarabağ Serj Sarkisyanın, Robert Koçeryanın yaratdığı Qarabağ klanının dayaq zərbəsidir.
Onlar bundan yaxın gələcəkdə olan siyasi nümayiş üçün istifadə etməyə çalışırlar. Ermənistanda əhali Azərbaycandakı güzəranla özlərindəki güzəranı müqayisə edib görürlər ki, neft gəlirləri, qaz gəlirləri , Azərbaycanın sürətli inkişafı Ermənistandan qat-qat üstündür. Bu səbəbdən də bunların bir çoxu həm müharibədən beziblər, həm də görürlər ki, Azərbaycanın tərkibində onlar daha yüksək iqtisadi həyat şəraiti ilə təmin oluna bilərlər.
Bu səbəbdən də onlar mövcud sahibkar rejiminə qarşı mübarizə aparırlar. Bu etirazlar Dağlıq Qarabağ klanının son istinadgahınıda onların əlindən ala bilər.
Paşinyanın da sonadək qələbə çalmasına gətirib çıxara bilər. Amma ölkədə müəyyən qədər fikir ayrilığına yol verilərsə, ermənilərin çoxu müharibəni lənətləyəcək. Özlərinin Azərbaycan Respublikasına aid olduğunu dərk edəcək və Azərbaycanın tərkibində qalma arzusunu ifadə edəcəklər. Qarabağda yaşananlar kifayət qədər diqqətçəkən bir vəziyyətdir.
Bu onu göstərir ki, Ermənistanla Dağlıq Qarabağ arasında ciddi ziddiyətlər var. Bu ziddiyətlər iqtisadi, sosial ədalətsizliyə söykənir. Bütün bunların hamısı belə bir vəziyyətə gətirib çıxarır. Bu vəziyyətin sonu olmalıdır. Azərbaycan torpaqlarının işğal prosesi Levon Ter-Petrosyanın vaxtında baş verib. Onda Koçeryanda, Serj Sarkisyanında səhra komandirləri idilər. İndi Ter-Petrosyan Azərbaycanla sülhə can atsada , Ermənistanın Azərbaycanla müəyyən razılaşmaya getməsinə zəruriliyini qeyd etsədə, oda Dağlıq Qarabağ məsələsində digər ermənilər kimi düşünür.
Dağlıq Qarabağda ermənilərn çıxışından ona görə narahatdır ki, Azərbaycan dövləti, eyni zamanda ordusu bundan onlara qarşı istifadə edər. Ən azından Azərbaycan tərəfi bu şəraitdə heç olmazsa, Dağlıq Qarabağın sərhədlərindən kənardakı rayonların ərazilərini geriyə qaytarmaq üçün hərəkətə keçsə, pis olmaz”.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Levon Ter-Petrosyan bildirib ki, İrəvanda baş verənlərin Qarabağda baş verməsi yolverilməzdir. Çünki biz müharibə vəziyyətindəyik və daxildə baş verə biləcək hər hansı qığılcım faciəvi nəticələrə gətirib çıxara bilər:
"Rəqibimiz (Azərbaycanı nəzərdə tutur – red.) bu situasiyadan istifadə etməyi unutmayacaq”, – deyə o iddia edib.Ter-Petrosyan keçmiş prezidentlər Serj Sarkisyan, Robert Koçaryan, həmçinin, qondarma rejimin həbsdə olan keçmiş "müdafiə naziri” Samvel Babayana Qarabağda vəziyyəti sakitləşdirməyə kömək etmələri üçün çağırış edib. S.Babayan təcili şəkildə həbsdən azad edilməlidir.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya