XƏBƏRDARLIQ: Xaqani, Puşkin və Rəşid Behbudov küçələrinə içməli su olmayacaq





"Azərsu” Açıq Səhmdar Cəmiyyəti abunəçilərinə xəbərdarlıq edib.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri Səbail rayonu Xaqani küçəsində çəkilmiş magistral su xəttinə birləşmələrin verilməsi ilə əlaqədar bu gün ərzində Xaqani, Puşkin və Rəşid Behbudov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.