“Xəstəxanada yata bilmərəm”
21:38 21.01.2016
Arxiv
772
Əlibaba Məmmədov: “Yaşlaşdığımın fərqindəyəm, ona görə evdə müalicə olunmaq istədim”
Azərbaycan muğamının canlı karifeyi, Xalq artisti Əlibaba Məmmədovun səhhəti pisləşib.
Bu barədə Xalq artisti özü məlumat verib. O bildirib ki, səhhətindəki problemlərə görə bir aydır evdən bayıra çıxa bilmir. Xanəndə ilə əlaqə yaradıb halsızlığının səbəbini soruşduq. "Şərq”ə açıqlama verən Əlibaba Məmmədov "Bir az özümü narahat hiss edirəm. Evdəyəm. Uzanmışam. Mərkəzi Klinik Xəstəxanasına getmişdim. Dedilər ciddi problemləriniz - var, müalicə olunmalısız. Həkimlər hansı xəstəliyim olduğunu demədilər, amma müalicə yazdılar. Yaş öz sözünü deyir. Ayaqlarım sözümə baxmır. Artıq bir ildi, demək olar, yeriyə bilmirəm. Ancaq əsa
ilə gəzirəm. Ev şəraitində müalicə olunuram. Gəlinim mənə qulluq edir, oğlum qulluğumda durur. Düzü, həkimlər klinikada uzanmağımı təklif etdilər. Mən istəmədim. Evimdə mənə daha rahatdı. Mən xəstəxanada yata bilmərəm. Birdəki yaşım artıq az deyil. Fevralın 5-də, Allah qoysa, 88 yaşım olur. Həkimlər də yaşı soruşandan sonra başlıyırlar gülümsəməyə. Mən artıq yaşlandığımın fərqindəyəm. Ona görə də elə evimdə müalicə olunmaq istədim” söylədi. Xalq artisti bir ilə yaxındır ev şəraitində uzandığını, amma bu barədə heç bir məlumat vermədiyini də vurğuladı: "Xəstəliyim barədə də heç kimə açıqlama verməyi düşünməmişəm. Gəzə bilmirəm, yeriyə bilmirəm. Amma bu barədə deməmişəm. Sizin kimi insanların məni axtarması, telefonla da ola halımı soruşmağınız, inanın, mənim üçün böyük hədiyyədi. Mən bir insan, bir xanəndə kimi sevinirəm ki, məni yada salırsız. Sənətkara bundan gözəl diqqət, hədiyyə ola bilməz. Sizin kimi gənclərin məni axtarması məni ruhlandırır. Demək ki, mənim kimi sənətkarlar əbəs yerə illərini sənətə həsr etməyib. Məni yada saldığınız üçün sizə təşəkkür edirəm. Bu yaşda insana nə lazımdı? Sadəcə diqqət. Mən hər zaman xalqımdan razı olmuşam. İnşallah, ayağa qalxsam, yenə qulluğunuzdayam. İndi də tətildir deyə, dərsim də yoxdur. Həftədə iki dəfə dərsim olur. Onda da tələbələrim gəlib aparırlar. Mən xalq sevgisini hər zaman hiss etmişəm deyə şükr edirəm”.
Tahirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət