XİN AŞPA-da qəbul edilən qətnaməni ŞƏRH edib
20:41 26.01.2016
Arxiv
740
Təəssüf ki, məruzəçi Robert Volterin hazırladığı və “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzə, eləcə də onun əsasında hazırlanmış qətnamə layihəsi qəb
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2016-cı il yanvarın 26-da keçirilmiş plenar iclasında Azərbaycanla bağlı iki məruzə müzakirə edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Lent.az-a bildirib ki, məruzəçi Militsa Markoviçin hazırladığı "Azərbaycanın sərhədboyu ərazilərinin sakinlərinin qəsdən sudan məhrum edilmişdir” adlı məruzə və müvafiq qətnamə layihəsi qəbul edilib:
"Azərbaycanın sərhəd rayonlarının əhalisinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamədə AŞPA Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərini işğal etməsi nəticəsində bölgədə yaşayan Azərbaycan vətəndaşları üçün yaranan humanitar və ətraf mühit problemlərini pisləyir. Assambleya hesab edir ki, qəsdən süni ətraf mühit böhranının yaradılması "ekoloji təcavüz” və bir dövlətin digər dövlətə qarşı ekoloji fəlakət zonalarının yaradılması, habelə orada yaşayan əhali üçün normal yaşam şərtlərinin qeyri-mümkün edilməsi məqsədi güdən düşmənçilik hərəkəti kimi qiymətləndirilməlidir. Eyni zamanda sənəddə Assambleya Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən birində yerləşən Sərsəng su anbarında 20 ildən artıq dövr ərzində mütəmadi baxım işlərinin aparılmaması səbəbindən bunun bütün ətraf ərazilər üçün təhlükə yaratdığını qeyd edir. Qətnamədə Ermənistan hakimiyyətinə su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırmağa və kəskin humanitar problemlərini nəzərə alaraq, Ermənistan silahlı qüvvələrininin ərazidən dərhal çıxarılmasına çağırış edilir. Həmçinin qətnamədə Assambleya tərəfindən bu hesabatın hazırlanması prosesində Ermənistan parlament nümayəndə heyəti və hakimiyyətinin əməkdaşlıq etməməsi faktı kəskin şəkildə pislənilir. Ermənistanın bu kimi davranışının Avropa Şurasının tamhüquqlu üzvü kimi üzərinə götürdüyü öhdəliklərinə uyğun gəlmədiyi qeyd olunur. Təəssüf ki, məruzəçi Robert Volterin hazırladığı və "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzə, eləcə də onun əsasında hazırlanmış qətnamə layihəsi qəbul edilməyib. Səsvermədə iştirak edən AŞPA üzvlərindən 66 nəfər sözügedən qətnamənin lehinə, 70 nəfər əleyhinə səs verib, 45 nəfər bitərəf qalıb”.
H.Hacıyev əlavə edib ki, münaqişənin həllində hər hansı irəliləyişin olmadığı şəraitdə Azərbaycan digər beynəlxalq təsisatların Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticələrinin aradan qaldırılmasına müsbət töhfə verə biləcək təşəbbüslərini dəstəkləyir və bundan sonra da bu məsələnin beynəlxalq təşkilatların gündəmində saxlanması və ədalətli mövqeyimizin müdafiə olunması istiqamətində səylərini davam etdirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi