Xırdalanda 42 yaşlı kişi 9-cu mərtəbədən yıxılıb öldü






Xırdalan şəhərində bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidməti  xəbər verir ki, bu gün Xırdalan şəhərində yaşayan 42 yaşlı Tofiq Süleymanov evinin eyvanından (9-cu mərtəbədən) yıxılıb. T. Süleymanov hadisə yerində ölüb.
Araşdırma aparılır.