
Xiyabanda hazırlıqlar başa çatıb
23:01 17.01.2016
Arxiv
559
20 Yanvar faciəsinin ildönümü qeyd olunacaq

20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında aparılan hazırlıq işləri yekunlaşıb.
APA TV-nin məlumatına görə, bu il xiyabanda fərqli kompozisiya yaradılıb. Belə ki, xiyaban boyu divarlara qara və qırmızı lentlərdən hazırlanmış səkkiz guşəli ulduzlar vurulub. Əraziyə güllərdən xalça döşənilib. Xiyabanın girişində ağ və qırmızı qərənfillərdən ibarət məşəl kompozisiyası hazırlanıb. Giriş hissədəki Şəhidlər Xiyabanı yazılmış lövhənin, eləcə də pilləkənlərin üstü ağ və qırmızı güllərlə bəzədilib.
"Əbədi məşəl” abidəsinin yaxınlığındakı pilləkənlərdə tək qərənfil kompozisiyası qurulub. Digər bir pilləkəndə isə 20 Yanvar sözü ağ və qırmızı güllərlə yazılıb.
Qeyd edək ki, 20 Yanvar Azərbaycanda milli hüzn günü kimi qeyd olunur.
Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət