“Yanar dağ” üç gün ziyarətçi qəbul etməyəcək





"Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu üç gün ziyarətçi qəbul etməyəcək.

Bu barədə Trend-ə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, 07-09.02.2019-cu il tarixlərində profilaktik işlərlə əlaqədər ziyarətçilərə bağlı olacaq. 10 fevral tarixindən etibarən qoruq yenidən ziyarətçi qəbul edəcək.