Yanğın zamanı 4 nəfərə tibbi yardım göstərilib -YENİLƏNİB





Sabunçu rayonundakı yanğınla bağlı hadisə yerinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının beş briqadası cəlb edilib.
Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.
Onun sözlərinə görə, isterik reaksiya ilə bağlı yerində 4 nəfərə ilkin tibbi yardım göstərilib.
S. Əhmədova qeyd edib ki, 1 nəfər tüstüdən zərər çəkib, həmin şəxs Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.

***

13:12

Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib.

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.

Yanğın söndürülüb. Əlavə məlumat veriləcək.​