Yaponiya Seneqalla heç-heçə etdi





Rusiyada keçirilən dünya çempionatında bu gün ikinci tura yekun vurulacaq.
Qol.az-ın məlumatına görə, əvvəlcə G qrupunda İngiltərə və Panama yığmaları qarşılaşıb və 6:1 hesabı ilə qalib gələrək qrupun digər iştirakçısı Belçika kimi 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin edib.

Qeyd edək ki, Panama ilk dəfə qatıldığı dünya çempionatında ilk qolunu bu oyunda vurub.

Daha sonra H qrupunda Yaponiya və Seneqal milliləri üz-üzə gəlib. Görüş 2:2 hesabı ilə başa çatıb. Günün son matçında Polşa Kolumbiyanı sınağa çəkəcək.