Yaralı zabitdən sərt AÇIQLAMA:"...Şəhid məzarından necə qorxmaq olar axı ? !"
15:09 28.06.2018
Arxiv
543
"Şəhid məzarının hasara alınması onun xatirəsinə hörmətsizlik olar. Buna yol verməməliyik”.
Bunu "Sherg.az”a Abşeron rayon sakinlərinin qəbiristanlıqda yerləşən şəhid məzarı ilə bağlı rəsmi qurumlara müraciət etməsinə münasibət bildirərkən döyüş tapşırıqlarını yerinə yetirən zaman sağ ayağını və sol gözünü itirən kəşfiyyatçı baş leytenant Kamil Musavi deyib.
O düşünür ki, ölkəmizdəki ermənipərəst qüvvələr şikayət edən sakinlər arasında dezinformasiya yayıb:
"Azərbaycanı sevməyən, şəhidi qəbul etməyən şəxslər digərlərinin də beyninə yeridib ki, şəhidin məzarı hasara alınsın. Niyə əhali başqa məzarlardan qorxmur, təşvişə düşmür, ancaq şəhid məzarını, şəhidin şəklini görəndə vahimələnir. Baxın, küçələrdə, bəzi binaların girişində, orta məktəblərdə, bəzi dayanacaqlarda şəhidlərin büstü yerləşdirilib, şəkilləri asılıb. Niyə indiyə qədər bütün bunlardan qorxan olmayıb, gənc şəhidin məzarını görmək istəmirlər? Belə şikayətlərin olması çox üzücüdür. İnsanlarımızı ayıq-sayıq olmağa, Azərbaycanı sevməyən qüvvələrdən uzaq olmağa, onları mənfi istiqamətə yönləndirənlərə layiqli cavab verməyə səsləyirəm.
Hər bir şəhidin şəkli bizim telefonlarımızda, övladlarımızın oxuduğu kitablarda, təhsil aldıqları məktəblərdə varsa, deməli şəhidlərimizin xatirəsi bizə əzizdir. Bizim üçün, bizim rahat yaşamağımız naminə canını fəda edən şəhiddən, o gəncdən necə qorxmaq olar axı ? Şəhidlərimizi unutmamalıyıq, onların məzarına kəm baxan, xatirəsinə hörmətsizlik edən şəxslərə qarşı mübarizə aparmalıyıq. Şəhidin məzarını alçaltmaq olmaz”.
Qeyd edək ki, Abşeron rayonunda qəbiristanlığın yaxınlığında yaşayan qonşular şəhid məzarı ilə bağlı rəsmi qurumlara müraciət ediblər. Belə ki, onlar məzarın evlərinin içindən göründüyünü və bundan narahatlıq keçirdiklərini bildirirlər. Qonşular başdaşı üzərindəki gənc əsgər Asim İsayevin şəklindən qorxduqlarını deyir və hündür hasara alınmasını istəyiblər. Şəhid Asim İsayevin bibisi Simuzər Əmiraslanova isə ötən il şəhid olan qardaşı oğlunun 2017-ci ilin avqust ayında burada dəfn olunduğunu söyləyib. O bildirib ki, 25 qonşu hər yerə şikayət edib, məzarın hasara alınmasını istəyib. Artıq daş, sement və qum da gətirib töküblər.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət