Yarım saat döyüşdü, amma bacardı

50 kiloluq balığı sahilə çıxara bildi
Çanaqqala boğazında balıq ovlamaq hobbisi olan 35 yaşlı Çetin Doğan, 50 kiloluq balıq tutub. Sualtındakı o anı da xatirə kimi saniyə və saniyə lentə aldı.
Çanaqqalada bir bankda xüsusi təhlükəsizlik işçisi kimi çalışan Çetin Doğan, keçən həftə havanın gözəl olmasını fürsət bilərək boğaza dalğıc kimi baş vurub. Balonsuz, dalğıc paltarı və eynəklə səfərini reallaşdıran Doğan, suyun altında bir qayaya yapışaraq balıq gözləməyə başlayıb. Doğan, böyük bir axa balığını tutub. 50 kiloluq balığı metrlərlə sürüyən Doğan, zaman- zaman sunun üzünə çıxıb nəfəs alıb, balıqla təxminən yarım saat çarpışıb. Nəhəyyət
balığı sahilə çıxara bilib. Doğan, "Yarım saat boyunca balıq su içində sağa- sola üzdü. Mən də onu izlədim. Sonunda onu quruya çıxardım” deyib.