Yaşamazdı deyirdilər, amma...

Bağırsaqları çöldə doğulan körpə, möcüzə nəticəsində həyatda qalıb. "Daily Mail"də nəşr olunan xəbərə görə, hələ anasının bətinindəykən  gastroşizis diaqnozu qoyulan (yəni qarın divarı yarıq olan) Erin Angell-Field adlı körpənin doğulması belə gözlənilmirdi. Doğular - doğulmaz orqanlarını isti tutmaq üçün sarılan körpə təcili əməliyyata alınıb. Körpənin  incə bağırsağının böyük bir hissəsi qarınına yerləşdirilib, ancaq qalın bağırsağı ana qarınında zərər gördüyü üçün 15 sm. kəsilərək götürülüb. 2  ay yarım  xəstəxanada qalan və bu müddətdə qan zəhərlənilməsinə də məğlub olmayan körpə, indi 22 aylıqdır. Ancaq ailəsi önlərində hələ uzun bir yolları olduğunu söyləyir. Çünki Erin böyüdükcə qarınında bəzi problemlər baş qaldıra  bilər.