Yaxın Şərqin yeni xəritəsi: İŞİD itirir, kürdlər qazanır
12:43 22.12.2015
Arxiv
690
Terror təşkilatı 2015-ci ildə ələ keçirdiyi torpaqların 14 faizinindən geri çəkilib
İngiltərədə fəaliyyət göstərən strateji düşüncə mərkəzlərindən olan "IHS Janes” təşkilatı İŞİD terror təşkilatının 2015-ci il ərzində ələ keçirdiyi torpaqların 14 faizini itirdiyini açıqlayıb.
Lent.az BBC-yə istinadən xəbər verir ki, koalisiya qüvvələri və bölgədəki kürd silahlılarının ciddi təzyiqi ilə üzləşən İŞİD Suriya və İraqın şimalındakı bir sıra istinad məntəqələrini itirib. Terror təşkilatı bu il ərzində Suriya-Türkiyə sərhədindəki Tel Abyad qəsəbəsini, İraqın Tikrit şəhərini və Beyci neft yataqları bölgəsini tərk edib.
İŞİD bundan başqa Suriyadakı paytaxtı elan etdiyi Rakka şəhəri ilə İraqın Mosul şəhəri arasındakı magistral yolu da əldən verib. Bəzi yerlərdə mövqelərini itirən İŞİD müəyyən sahələri də ələ keçirməyi bacarıb.
Düşüncə mərkəzinin məlumatında qeyd edilir ki, 2015-ci il ərzində İŞİD-in hakimiyyəti altında olan ərazilər 12 min 800 kvadrat kilometr azalıb və hazırda 78 min kvadrat kilometr civarındadır. Mərkəzin ekspertlərindən olan Kolumb Strak deyib ki, İŞİD-in hazırda seçdiyi taktika daha az itkiyə hesablanıb: "Onlar ciddi təzyiqlə üzləşdikləri yerlərdə çox da müqavimət göstərmirlər və geri çəkilirlər. Əvəzində isə tamamilə başqa istiqamətdən hücuma keçərək yeni mövqelərə sahiblənirlər”.
"IHS Janes”in hesabatında qeyd olunan digər məqam terrorçuların ələ keçirdikləri yeni şəhərlərlə bağlıdır. Belə ki, bu il terror təşkilatı Suriyanın Palmira şəhərini, İraqın ən böyük əyaləti olan Ənbarın paytaxtı Ramadini tutub.
Maraqlıdır ki, İŞİD-lə mübarizəyə cəlb edilmiş kürd silahlılarının da nəzarət etdiyi ərazi sürətlə böyüyür. Bu il ərzində kürd silahlılarının nəzarətindəki torpaqlar 2 dəfəyə yaxın (186 faiz) artıb.
Hesabatda yer alan digər məqam İraqın və Suriyanın mərkəzi hakimiyyətlərinin nəzarət etdikləri ərazilərlə bağlıdır. Belə ki, bu il İraq hakimiyyəti altındakı torpaqların sahəsi 6 faiz artarkən, rəsmi Dəməşqin nəzarətindəki ərazilər 16 faiz azalıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaşlılıq əlaməti sanıb keçməyin!- DƏHŞƏTLİDİR
15:36 09.12.2025
Sağlamlıq
Metro "Qarabağ"ın oyununa görə 01:00-a qədər açıq olacaq
15:31 09.12.2025
Futbol
Bütün dünya belə yatır! Meyvənin turşuluğu belə önəmlidir
15:15 09.12.2025
Sağlamlıq
Zelenski Papayla görüşdü
14:44 09.12.2025
Dünya
Putin Lavrova yeni müavin təyin edib
14:30 09.12.2025
Dünya
Lukaşenko TŞ-nin iclasını çağırdı
14:24 09.12.2025
Dünya
Türkiyədən iki şəhər dünya siyahısında yer alıb
14:11 09.12.2025
Maraqlı
Pensiya alanların nəzərinə!
14:10 09.12.2025
Sosial
Afaq Həbibinin “Harmoniya”sı - SOLO SƏRGİ
14:02 09.12.2025
Mədəniyyət
Bratislavada İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
13:37 09.12.2025
Rəsmi
Böyük Britaniyanın ticarət elçisi Azərbaycana səfər edəcək
13:30 09.12.2025
Siyasət
Salah: Sanki klub məni avtobusun altına atıb
13:26 09.12.2025
Futbol
Nikol Paşinyan Almaniyada səfərdədir
13:23 09.12.2025
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:10 09.12.2025
Ekologiya
KTMT-dən MDB ilə bağlı qərar
12:57 09.12.2025
Dünya