Bu qədər informasiyalara baxmayaraq Azərbaycanda insanlar tibbi maskalardan, nə üçünsə çox az istifadə edir
Yeni virus dalğası gözlənilir, ehtiyatlı olun
07:55 11.01.2019
Arxiv
347
Hər gün Gürcüstanda "donuz qripi"ndən bir nəfərin öldüyünü eşidirik
Bu qədər informasiyalara baxmayaraq Azərbaycanda insanlar tibbi maskalardan, nə üçünsə çox az istifadə edir
Bu qədər informasiyalara baxmayaraq Azərbaycanda insanlar tibbi maskalardan, nə üçünsə çox az istifadə edir
Fevral ayında «donuz qripi»nin yeni dalğası gözlənilir.
Bunu pediatr Vaqif Qarayev feysbuk səhifəsindəki paylaşımında yazıb.
Gürcüstanda «donuz qripi»nin getdikcə daha çox yayılmasına diqqət çəkən həkim prosesi lokallaşdırmağın mümkün olmadığını da yazıb:
«Gürcüstanda məktəblilərin tətili qriplə əlaqədar yanvarın 18-nə kimi uzadılıb. Aptek şəbəkəsinə kifayət qədər antivirus preparatı - Tamiflu verilib. Evdə müalicə alan xəstələr üçün reseptlə satılır.
Hələlik görünən odur ki, prosesi lokallaşdırmaq mümkün olmur.
Rəsmilərin verdiyi məlumata görə, fevral ayında virusun yeni dalğası gözlənilir. Belə!..»
Təhlükəli virusla bağlı «Şərq»ə danışan tibb üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı «donuz qripi» ilə bağlı profilaktik tədbirlərin vacib olduğunu dedi:
- Gürcüstanda «donuz qripi» artıq epidemiya halını almaqdadı. Gürcüstan da bizə yaxın ölkədir, sərhəd qonşumuzdur. Bu faktor bizim xüsusilə diqqətli olmağımızı tələb edir. Hər gün Gürcüstandan ölkəmizə gediş-gəliş həyata keçirilir, yüklər daşınır və sairə. Dezinfeksiya tədbirləri birbaşa sərhəddə aparılmalıdır. Mümkün olduğü qədər bu ölkəyə səfərlər, əgər təcili deyilsə, təxirə salınsın. Ölkəyə gətirilən yüklər diqqətlə yoxlamadan keçirilsin, dezinfeksiya olunsun. Əhaliyə isə məsləhətim budur ki, şəxsi gigiyena qaydalarına riayət etsinlər.
Əhali sıx toplaşma yerlərindən uzaq olsun. İctimai nəqliyyat vasitələri, metro vaqonları mütəmadi dezinfeksiya edilməlidir. Evdən kənar yerlərdə qidalanarkən ehtiyatlı olsunlar, tərkibində donuz əti ehtimalı ola biləcək qidalardan imtina etsinlər. Hazırda çoxsaylı restoranlar şəbəkəsi, kafelər fəaliyyət göstərir. Avropa mətbəxi adı altında vətəndaşlara tərkibi bilinməyən qidalar təqdim edilir. Hazırkı vəziyyətdə evdən kənar yerlərdə qidalanma təhlükəli ola bilər. İaşə obyektlərinə də nəzarət güclənməlidir.
İaşə obyektlərində, satış nöqtələrində, kafe-restoranlarda sanitar-gigiyenik normalara nə dərəcədə riayət edildiyi yoxlanmalıdır. Vətəndaşlar özləri də gərək təmizliyə riayət etsin. Əllər sabunla tez-tez yuyulmalıdır. Şəxsi gigiyenaya əməl edilməlidir. Bilirik ki, bu virus hava-damcı yoluyla keçir. Bu günlərdə əhaliyə əsas tövsiyəmiz tibbi maskalardan istifadə edilməsidir. Diqqət etsəniz görərsiniz ki, «donuz qripi» barədə bu qədər geniş informasiyaların yayılmasına, qonşu ölkədə hətta ölüm hallarının da yaşanmasına rəğmən bizdə insanlar tibbi maskalardan, nə üçünsə çox az istifadə edir. Halbuki, viruslardan qorunmağın ən yaxşı yolu, ilk növbədə tibbi maskalardan istifadə etməkdir. Bununla biz virusun kəskin formasından qoruna bilərik.
Vətəndaşlar halsızlıq, hərarət hiss etdikdə, dərhal həkimə müraciət etsinlər. Evdə oturub xəstəliklə özbaşına mübarizə aparmasınlar. Azərbaycan Səhiyyə Nazirliyi də «donuz qripi»nin mümkün təhlükəsi barədə əhaliyə xəbərdarlıq edib. Xəstəxanaların infeksiyon şöbələrində palatalar hazır vəziyyətdədir. Allah eləməmiş, əgər hər hansı ağırlaşma halı olarsa, dərhal xüsusi palatalara yerləşdiriləcəklər.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya
Azərbaycan XİN Özbəkistanı Milli Günü münasibətilə təbrik etdi
10:39 01.09.2026
Gündəm
Putin ölkələrə çağırış etdi
10:27 01.09.2026
Dünya
Ukrayna Leninqradı vurdu
10:13 01.09.2026
Dünya
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla müzakirə aparıb - YENİLƏNDİ
10:11 01.09.2026
Gündəm
Prezidentin ŞƏT+ formatında görüşdə çıxışı gözlənilir
10:08 01.09.2026
Gündəm
Paşinyanla Putinin görüşü sərt keçəcək - Balasanyan
10:06 01.09.2026
Gündəm