“Yeniyetmə və gənclər arasında düzgün qidalanmanın təbliği məqsədilə maarifləndirmə işlərinin aparılması”

"Yeniyetmə və gənclər arasında düzgün qidalanmanın təbliği məqsədilə maarifləndirmə işlərinin aparılması” layihəsi "Azərbaycan Gənclər İttifaqı” İctimai Birliyi tərəfindən bu ilin may ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşərək həyata keçirilməyə başlayıb.
"Sherg.az"ın xəbərinə görə, layihənin məqsədi yeniyetmə və gənclər arasında qidalanmasının vəziyyətinin müşahidə etməklə, sağlam qidalanmanın vacibliyi haqqında şagirdlər, tələbələr, müəllimlər və valideynlərin maarifləndirmə və məlumatlandırmanın təşkil edilməsidir.
Hazırda mövzü üzrə seçilmiş qruplarla təlimlər təşkil olunur. 
Ümumən 4 qrupdan ibarət olan təlim qrupları üçün iyun ayı ərzində təlimlər keçirilir. Təlimlər zamanı iştirakçılar arasında interraktiv metodlardan istifadə edilməklə "Düzgün qidalanma haqqında məlumat”, "Düzgün qidalanmanın əsas üstünlükləri”, "Düzgün qidalanma üzrə tətbiq edilən mexanizmlər”, "Sağlam qidanın vacibliyi”, "Düzgün qidalanma "piramidası” barədə”, "Fast-fudların ziyanı”, "GMO nədir və onların insan orqanizminə təsiri” mövzuları barədə imformasiya verilir.
İcra olunan layihə müddəti ərzində daha geniş auditoriyanın diqqətini layihədə qaldırılan məsələyə cəlb olunmasından ötür gənclər üçün mövzu üzrə flayerlər iştirakçılara təqdim edilib.
Sözügedən layihə 3 ay müddətində Bakı şəhəri ərazisində yerləşən müxtəlif təhsil müəssisələrindəki tələbə və şagirdləri arasında həyata keçirilir. Layihə bu ilin avqustunda yekunlaşacaq.