Yer kürəsi Günəş enerjisini sürətlə udmağa başlayıb
18:53 27.06.2021
Arxiv
484
NASA ilə Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) birgə hesabatlarına əsasən son 15 il ərzində planetin atmosferi, okeanları və torpaqları tərəfindən yığılmış istilik miqdarı iki dəfə çoxalıb. Yer kürəsinin enerji disbalansı (udulan Günəş enerjisi ilə kosmosa yenidən əks olunan enerji arasındakı fərq) 2005-ci ildən 2019-cu ilə kimi iki dəfə daha güclü olub. Bu isə o deməkdir ki, planetdə temperatur artmağa davam edəcək, buzlaqların əriməsi daha da sürətlənəcək və dəniz səviyysi daha tez yüksələcək. Bütün bu faktorlar isə hava stabilliyinə və məhsul təsərrüfatına təsir edəcəklər.
Norman Loeb adlı NASA mütəxəssisinin sözlərinə əsasən qlobal temperaturdan əlavə olaraq müsbət disbalans effekti həmçinin daha davamlı quraqlıq dövrlərində atmosfer dövranının yerdəyişməsi ilə də bağlı olacaq. Peyklərdən əldə olunmuş məlumatlardan istifadə edərək alimlər aşkar ediblər ki, Yer kürəsi lazım olandan daha çox enerji əldə edir və bu da öz növbəsində planetin qızmasına səbəb olur. Bu disbalansdan olan enerjinin 90%-i okeanın payına düşür. Okean temperaturunun yüksəlməsi isə oksidləşməyə gətirib çıxardır və balıqlar ilə digər okean faunasına ciddi təsir göstərir. Disbalansın yerdə qalan 10% enerjisi isə atmosferdə yerləşir.
Qlobal temperaturun yüksəlməsi ilə atmosferdə su buxarının miqdarı da yüksəlir. Bu isə planetdəki temperaturun daha da yüksəlməsinə səbəb olur. Qarlı örtüklər ilə dəniz buzlaqları Günəş şüalarını təkrar olaraq kosmosa əks etdirən təbii faktorlardır. Lakin qlobal istiləşmə səbəbilə bu faktorların sayları da getdikcə azalır. (milli.az) Qlobal istiləşmənin daha bir səbəblərindən biri də odur ki, Sakit okean 2014-cü ildən 2020-ci ilin sonuna kimi istilik fazasında qalıb. Ani olaraq soyuq fazadan uzunmüddətli isti fazaya keçid səbəbilə okean üzərindəki buludların sayı azalıb. Bu isə öz növbəsində okeanın daha çox Günəş şüası udmasına səbəb olub. "Ümid edirəm ki, energetik disbalansın tempi növbəti onilliklərdə aşağı düşəcək. Əks halda biz, daha ciddi iqlim dəyişikliklərinin şahidi olacağıq" - deyə Norman Loeb qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İranla danışıqlar Avropada keçirilə bilər
01:50 15.04.2026
Gündəm
"Barselona" və "Liverpul" ÇL ilə vidalaşdı
01:31 15.04.2026
Futbol
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya
Türkiyənin ən uğursuz olduğu sahə təhsildir - Murat Anar
19:28 14.04.2026
Elm və Təhsil